“Yaxşı futbolçulara ehtiyacımız var”
25.01.2013 - 03:15
“İki həftədir burdayıq. Hazırlıq normal keçir. Hazırlığın bu mərhələsində fiziki çalışmalara üstünlük verdiyimizdən yükləmələr çox idi. Bir gün əvvəl isə test vermişdik. Bu üzdən qarşılaşmada yorğunluq hiss olunurdu, hərəkətlilik az idi”. Bu sözləri apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.
Türkiyə toplanışı çərçivəsində Ukraynanın “Hoverla” klubuyla keçirilən yoxlama oyunundan sonra müdafiəçi matç haqda fikirlərini bildirib. O, həm də heyətlə bağlı məsələlərə toxunub: “Məşqçilər korpusu transfer işləri ilə məşğuldur. Yeni oyunçular gətirməlidirlər. Bizim yaxşı futbolçulara ehtiyacımız var. Baxışda olan ispan oyunçu pis futbolçu deyil. Onunla bağlı qərarı məşqçilər verəcək. Əlavə futbolçular olsa yaxşı olar. Rauf Əliyevin gedişinə gəlincə bunu normal qarşıladıq. Özü məşqçilər korpusu ilə danışıb məsələsini müzakirə etdi. Rauf komandamızı tərk edən ilk oyunçu deyil”.
Vüqar Xeyrullayev
Antalya, Türkiyə

0
0