İki hakim toplanışı tərk edir
25.01.2013 - 03:25
İki hakim toplanışı tərk edir
İki hakim ədalət təmsilçilərimizin Antalyada təşkil olunan təlim-məşq toplanışını tərk edir. Apasport.az saytının məlumatına görə, bunlar yeni FİFA referilərimiz Əliyar Ağayevlə Rəhim Həsənovdur.

Yanvarın 15-dən başlayaraq Türkiyə toplanışına qatılan gənc fit sahibləri hazırlıqlar başa çatmamış Bakıya qayıdacaq. Buna səbəb onların İtaliyanın Roma şəhərinə səfər etməsidir. Belə ki, bu gün Bakıya qayıdacaq hakimlər yanvarın 26-da İtaliyada keçiriləcək seminara qatılacaq.

Vüqar Xeyrullayev
Antalya, Türkiyə