“Simurq” Buşiç və Omari haqda hələ qərar verməyib
25.01.2013 - 03:44
Antalyada hazırlıqlara davam edən "Simurq" dünən iki məşqə çıxıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, səhər idmanı əsasən taktiki və texniki tapşırıqlar üzərində qurulub.
İsinmə hərəkətlərindən sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fiziki göstəricilərin artırılması üçün yüngül çalışmaları yerinə yetirilib.
Daha sonra isə qısa ötürmələr və qapıya zərbələr üzərində məşq edilib. Çalışmanın sonunda isə Georgi Çixradzenin yetirmələri standart vəziyyətləri yetirə yetirib. Axşam məşqi isə qısa məsafəli qaçış və isinmə hərəkətlərindən sonra ikitərəfli oyunla tamamlanıb.
Məşqdə Murad Səttarlı U-21-in düşərgəsinə qoşulduğundan komanda ilə birgə hazırlıqlara qatılmayıb. Hazırda baxışda olan hücumçular Tomislav Buşiç və Tshibamba Omari isə hələ də, Zakatala təmsilçisi ilə birlikdə məşq edir. Onlar haqqında son qərar məşqçilər korpusu tərəfindən yoldaşlıq görüşlərindən sonra veriləcək.

0
0