"Trabzonspor" növbəti mərhələdə
25.01.2013 - 04:07
Türkiyə kubokunun qrup mərhələsində 4-cü turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, sonuncu matç günündə B qrupunda iki görüş keçirilib.
Evində "Antalyaspor"u qəbul edən "Əskişəhərspor" inamlı qələbə qazanıb. Fasiləyə minimal hesablı məğlubiyyətlə yollanan meydan sahibləri, ikinci hissədə rəqibi iki dəfə mərkəzdən başlamağa məcbur edib və qrupda növbəti 3 xalını qazanıb.
Doğma publika önündə "Mersin İdmanyurdu"nu qonaq edən "Trabzonspor"da rəqibinə heç bir şans verməyib. Şenol Günəşin yetirmələri ilk hissədə bir, ikinci yarıda isə 2 qol vuraraq görüşdən qalib ayrılıb.
Beləliklə, rəqibini 3:0 hesabı ilə üstələyən "Trabzonspor" A qrupunda mübarizə aparan “Fənərbaxça” ilə birgə xalını 12-yə yüksəldərək yarımfinala vəsiqə qazanan ikinci komanda olub. "Əskişəhərspor"la "Antalyaspor" isə 6 xalla 2-3-cü yerlərdə qərarlaşıblar.
Türkiyə kuboku
A qrupu
23 yanvar
"Sivasspor" - "1461 Trabzon" - 2:1
Eneramo, 40, Arslan, 67, - Kaya, 45
"Fənərbaxça" - "Bursaspor" 3:0
Semih, 41-pen, 61, Beykan, 86
B qrupu
24 yanvar
"Əskişəhərspor" - "Antalyaspor" 2:1
Zəngin, 63; 76 – İnceman, 39
"Trabzonspor" - "Mersin İdmanyurdu" 3:0
Mierzeyevski, 5, Vittek, 42, Altıntop, 85

0
0