Qol vurdu və cəzalandı
25.01.2013 - 05:18
Qol vurdu və cəzalandı
Afrika Millətlər Kubokunda "Qana" - "Mali" matçında maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, CAR-da təşkil edilən qitə birinciliyinin B qrupunda mübarizə aparan komandaların duelindən Qana millisi minimal hesabı ilə qalib gəlib.

Elə matçda vurulan həmin yeganə qolun müəllifi Mübarək Vakaso penaltidən fərqlənəndən sonra formasını qaldıraraq, "Allah is Great" ("Allah böyükdür") yazısını azarkeşlərə göstərib. Futbolçunun bu hərəkətindən sonra isə görüşün baş hakimi onu cəzalandırıb. Referi tərəfindən sarı vərəqə alan Vakaso əvvəlki matçda da sarı vərəqə ilə cəzalandığı üçün qrupun son matçındakı Nigerlə qarşılaşmanı buraxmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, FİFA-nın qaydalarına uyğun olaraq meydanda hər hansı siyasi, dini şüara rast gəlinərsə, futbolçu cəzalanmalıdır.