74 faiz azarkeş Sneyderin səhv etdiyini düşünür
25.01.2013 - 05:48
74 faiz azarkeş Sneyderin səhv etdiyini düşünür
Uesli Sneyderin “Qalatasaray”a transferi Türkiyədə olduğu qədər Hollandiyada da böyük bir əks-səda oyandırıb. Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçinin İstanbul klubuna keçməsində düzgün və ya yanlış seçim etdiyi barədə, sözügedən ölkədə futbolsevərlər arasında sorğu keçirilib.

16 min nəfərin qatıldığı bu sorğuda 74 faiz azarkeş Sneyderin “Cim-Bom”a getməsində səhv etdiyini düşünür. 26 faiz isə Ueslinin “Qalatasaray”a transfer olunmasını düzgün addım kimi qiymətləndirib.

Qeyd edək ki, Sneyder İtaliya İnter”indən “Qalatasaray”a 7,5 milyon avroya transfer olunub. O, “aslanlar”la 3.5 illik müqavilə imzalayıb.