“Nyukasl” fransalı futbolçusu ilə anlaşdı
25.01.2013 - 06:55
“Nyukasl” fransalı futbolçusu ilə anlaşdı
İngiltərə Premyer Liqasının təmsilçisi “Nyukasl” heyətini fransalı futbolçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, “sağsağanlar” “Bordo”nun yarımmüdafiəçisi Yoan Quffranı transfer edib.

İngilis klubu 26 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalayıb. O, komandada 11 nömrəli formada çıxış edəcək. “Nyukasl” Quffran üçün “Bordo”ya təzminat haqqı olaraq 3 milyon funt-sterlinq ödəyib.

Qeyd edək ki, 2008-ci ildən “Bordo”da oynayan Yoan Quffran bu mövsüm Fransa klubunun heyətində 27 matçda meydana çıxıb və 12 qola imza atıb.