Florentino Peresdən mətbuata sərt cavab
25.01.2013 - 07:40
"Mətbuatda çıxan xəbərlər həqiqəti əks etdirmir. Bunların hamısı doğru deyil. Futbolçularla edilən görüş çox optimist və müsbət şəkildə keçdi. Mətbuata hörmətlə yanaşırıq. Lakin onlarda bəzi etik qaydalara və sərhədlərə hörmət etməlidir. İrəli sürülən iddialar çox ciddi və təsiredicidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Madrid “Real”ının prezidenti Florentino Peres deyib.
O, “Marka” qəzetində yayılan xəbərləri təkzib edib. Hansı ki, ötən gün sözügedən nəşr Serxio Ramos və İker Kasilyasın klub rəhbərinə komandanın baş məşqçisi Joze Mourinyonun vəzifəsindən azad etməsini istəməsidir. Həmin xəbərdə yer alan məlumata görə, qapıçı və müdafiəçi Peresə portuqaliyalı çalışdırıcının getməsini tələb edib və əks halda, onlar klubu tərk edəcəklərini bildiriblər.
Lakin “Kral klubu”nun prezidenti bu xəbərlərin doğru olmadığını, bunları isə komandanı sevməyənlər tərəfindən çıxarıldığını vurğulayıb:
“Mən komandanın oyunçularını və mövcud vəziyyəti qorumaq üçün çalışıram. Hələ Mourinyo ilə bu mövzu haqda söhbət etməmişik. Ancaq “Real”a qarşı etik qaydaları pozan bir vəziyyət nə zaman olursa, məni o zaman qarşınızda görürsünüz. Bu xəbərlərin bizi sevməyənlər və uğurumuzu istəməyənlər tərəfindən çıxarıldığına inanıram”.

0
0