“Qəbələ” ikinci oyunu qələbə ilə başa vurdu - YENİLƏNİB
25.01.2013 - 20:50
Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Ramiz Məmmədovun komandası bu dəfə Ukrayna Premyer Liqa təmsilçisi "Volın"la üz-üzə gəlib.
İlk yoxlama matçında Almaniyanın "İnqolştadt" klubuna 3:4 hesabı ilə məğlub olan "Qəbələ" bu dəfə qələbə qazanıb. Belə ki, təmsilçimiz Kamanan və Mendinin qolları sayəsində "Volın"a 2:1 hesabı ilə qalib gəlib.
“QƏBƏLƏ” (AZƏRBAYCAN) – “VOLIN” (UKRAYNA) - 2:1
Kamanan, 13, Mendi 62
Xatırladaq ki, “Qəbələ” yanvarın 20-dən etibarən Antalyada toplanışdadır. Hazırlıq prosesi fevralın 2-dək davam edəcək.

0
0