“Məqsəd baxışda olan futbolçuların vəziyyətini yoxlamaqdır”
25.01.2013 - 12:35
“Məqsəd baxışda olan futbolçuların vəziyyətini yoxlamaqdır”
“Hazırda fiziki hazırlıq üzərində çalışırıq. Demək olar ki, topla az məşq edirik. Bu mərhələdə yoxlama oyunları keçirməklə, məqsəd baxışda olan futbolçuların vəziyyətini yoxlamaqdır”. Apasport.az saytının məlumatına görə, bunu “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov deyib.

Gənc mütəxəssis klubunun rəsmi saytına komandasının hazırkı durumu və bir gün öncə "İnter"in əvəzedici heyəti ilə keçirilən görüş haqda danışıb: “Düzdü, oyunçular hələ ki, ağırdılar. Bu da məşqlərin ağırlığından, yükləmələrdən irəli gəlir. Amma ötən oyunla müqayisədə irəliləyiş var. Həm də bu gün yoxlama oyunlarının nəticəsi bizim üçün önəmli deyil. Əsas baxışda olanları nəzərdən keçirməkdir. Onlar haqda hələlik qəti bir söz demək olmaz. Bununla belə deyim ki, özünü yaxşı tərəfdən göstərənlər var".

Qeyd edək ki, “Kəpəz” “İnter”lə heç-heçə oynayıb (2:2).