Cihan Özkara əsas heyətə çağırıldı
25.01.2013 - 12:29
Cihan Özkara əsas heyətə çağırıldı
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqts yanvarın 29-dan fevralın 6-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək təlim-məşq toplanışına yeni futbolçu dəvət edib. Adı ehtiyat heyətə daxil edilmiş Cihan Özkara (“Sivasspor”, Türkiyə) fevralın 1-dən etibarən hazırlıq prosesinə qatılacaq.

Xatırladaq ki, hazırlıq prosesi çərçivəsində millimiz fevralın 1-də Özbəkistan yığması ilə yoxlama oyunu, fevralın 6-da isə Lixtenşteyn millisi ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.

Mənbə: affa.az