Yığmamız yanvarın 31-ni gözləyir
25.01.2013 - 12:42
Yığmamız yanvarın 31-ni gözləyir
Yanvarın 31-də, İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında 2015-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi təşkil olunacaq. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmalar artıq səbətlərə bölünüb.

Azərbaycan millisi sonuncu – E səbətində yer alıb.

A səbəti: İspaniya, İngiltərə, Hollandiya, İtaliya, Almaniya, İsveçrə, Rusiya, Fransa, İsveç, İsrail
B səbəti: Rumıniya, Serbiya, Türkiyə, Ukrayna, Şotlandiya, Portuqaliya, Avstriya, Danimarka, Belarus, Uels
C səbəti: Yunanıstan, Slovakiya, Belçika, Macarıstan, Ermənistan, Xorvatiya, Norveç, Monteneqro, Finlandiya, Sloveniya
D səbəti: Bosniya və Herseqovina, Polşa, Gürcüstan, İslandiya, Moldova, İrlandiya, Bolqarıstan, Kipr, Makedonia, Latviya
E səbəti: Şimali İrlandiya, Albaniya, Farer adaları, Litva, Azərbaycan, Qazaxıstan, Estoniya, Malta, Lüksemburq, Andorra, Lixtenşteyn, San-Marino