“Qarabağ” üçün daha bir rəqib
25.01.2013 - 13:42
“Qarabağ” üçün daha bir rəqib
Antalyada hazırlığını davam etdirən “Qarabağ”ın daha bir rəqibinin adı məlum olub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi sabah daha bir sınağa çıxacaq.

“Qarabağ” bu dəfə Litvanın “Ekranas” klubu ilə yoxlama matçı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da, Bələkdə, “İC Santai”nin futbol meydançasında baş tutacaq.

Qeyd edək ki, hələlik 2 sınaq qarşılaşmasına çıxan təmsilçimiz “Ural”a (Rusiya) 3:2 hesabı qalib gəldiyi halda, “Hoverla”ya (Ukrayna) 1:3 hesabı ilə uduzub.