“Rəvan” serbiyalı futbolçu ilə müqavilə bağladı - FOTO
25.01.2013 - 14:44
Topaz Premyer Liqasının yerdə qalan bölümünə hazırlaşan “Rəvan” futbol klubu heyəti gücləndirməkdə davam edir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda 3 yerli futbolçu – Emin Mustafayev, Ramil Həşimzadə və Nodar Məmmədov ilə anlaşdıqdan sonra qış “transfer pəncərəsi”ndə ilk legioner transferini rəsmiləşdirib.
Belə ki, “Qaradağ Lökbatan”la oyunda özünü ən yaxşı tərəfdən göstərən Miloş Adamoviçlə transferin bütün detalları razılaşdırılıb. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən OFK-nın yetirməsi ilə 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, son klubu Qazaxıstan “Sunkar”ı olan Adamoviç karyerasında həmçinin Serbiyada “Palilulats”, Vranye “Dinamo”su, Moldovada “Şerif”, Polşada “Poloniya” və Qazaxıstanda “Taraz”ın da şərəfini qoruyub.

0
0