Əvvəl trenajor zalı, sonra istirahət
25.01.2013 - 15:00
“Bakı” Türkiyədəki hazırlıq prosesini davam etdirir. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, “zolaqlılar” bu gün 1 məşqlə kifayətlənməli olub.
Belə ki, baş məşqçi Bojidar Bandoviç futbolçularla dünən ardıcıl 2 oyundan sonra çox yükləməyərək, bir qədər istirahət verməyi lazım bilib. Səhər edilən məşq komandanın qaldığı “Rixos” otelinin trenajor zalında idi. Futbolçular 1 saatlıq çalışmalarda müxtəlif trenajor alətlərində serbiyalı fiziki hazırlıq məşqçi Deyan Suzoviçin müxtəlif tapşırıqlarını yerinə yetirdilər. Bu günə başqa çalışma olmadığından, oyunçular istirahət etmək imkanı qazanıb. Sabah isə 2 məşqin olacağı gözlənilir.
Bakılıların baxışda keçirdiyi 5 legioner düşərgədədir. Onların yanvarın 27-də Xorvatiyanın “Osiek” klubu ilə yoxlama oyununda da sınandıqdan sonra talelərinə aydınlıq gələcək.
Mehman SÜLEYMANOV
ANTALYA

0
0