Qurban Qurbanov türklərə hədəflərini açıqladı
25.01.2013 - 15:22
Qurban Qurbanov türklərə hədəflərini açıqladı
“Qarabağ” Antalyada təlim-məşq toplanışına davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komandanın bu gün plana əsasən 1 məşqi keçirilib.

90 dəqiqə davam edən hazırlıqda futbolçular daha çox toplu çalışmalar yerinə yetirib. Məşq zamanı Ağdam təmsilçisinin düşərgəsində qonaq da olub. Türkiyənin “Cihan Haber Ajansı” klubdan reportaj hazırladı. “Qarabağ” baş məşqçisi Qurban Qurbanov agentliyə müsahibə verib, komandanın hazırlığından, hədəflərindən danışıb.