Yığmamız üçün “Akvarium”da 3 oyun
25.01.2013 - 16:50
Yığmamız üçün “Akvarium”da 3 oyun
Rusiyanın paytaxtı Moskvada təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandasının qarşılaşacağı rəqiblər bilinib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamız hazırlıq prosesi çərçivəsində 3 yoxlama oyunu keçirəcək.

Futzalçılarımız yanvarın 28-də, saat 18:00-da və yanvarın 29-da, saat 19:00-da Rusiyanın U-21 yığması, yanvarın 31-də, saat 13-də isə “Norilski Nikel” klubu ilə qarşılaşacaq. Oyunlar “Akvarium” İdman Kompleksində olacaq.