“Bakı”sız “altılıq” maraqsız olardı” – MÜSAHİBƏ
25.01.2013 - 18:09
“Bakı”nın xorvatiyalı futbolçusu Aleksandr Şoliçin apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi
- İlk vaxtlar parlaq oyununuzla seçilirdiniz. Ancaq son vaxtlar belə deyil. Bunun səbəbini nədə görürsünüz?
- Komandanın çıxışı oyunuma təsir göstərir. Mən həmişə demişəm ki, bir futbolçudan heç nə asılı deyil. Bir futbolçu meydanda heç nəyi dəyişə bilməz. Hamımız yaxşı oynayanda, futbolçunun çıxışı üstün olur.
- Hətta elə olub ki, siz əsas heyətdə yerinizi itirərək, sonradan meydana çıxmalı olmusunuz...
- Bu, baş məşqçinin taktikası ilə bağlı idi. O, mənimlə bu haqda söhbətləşdi. Dedi ki, digər komandalara sürpriz etmək istəyir. Mən də heç bir problem görmədim. O, baş məşqçidir və heyətlə bağlı istədiyi dəyişikliyi edə bilər.
- Cari mövsümdə komandanın uğursuz çıxışının əsas səbəbini nədə görürsünüz?
- Bu mövsüm problemimiz hücumçumuz oynamaqla bağlıdır. Bu zaman isə qol vurmaq, yaxşı nəticə əldə etmək çətindir. Ola bilər ki, mənim yaxşı oynamağıma, qol vurmağıma öyrəşiblər. Ancaq hər şey komandanın vəziyyətindən asılıdır. Fikrimcə, Uinston Parks sağlam, başqa hücumçularımız sırada olsaydı, həm mənə, həm də komanda üçün tam başqa cür olardı. Ancaq yenə də gileylənmirəm, hər şeyi düzəltmək olar. Hələ heç nə gec deyil.
- Vəziyyəti düzəltmək üçün nə etmək lazımdır?
- Bizə hücumçu lazımdır ki, “Qarabağ”dan Rauf Əliyev gəlib. O, yaxşı hücumçudur. Komandamız daha bir hücumçu gətirəcək və onda hər şey yaxşı olmalıdır. Digər komandalardan fərqli biz hücumçumuz qalmışdıq və buna görə də oynamaq çətin idi. Hətta elə olub ki, mən hücumda oynamalı olmuşam. Deməli, bu zaman kimsə yarımmüdafiənin mərkəzində mənim yerimdə oynayıb, ötürmələr verməli idi. Mən hər 2 işi eyni zamanda görə bilmərəm.
- “Bakı”da bu 4 ildə çoxlu baş məşqçilərlə işləməli oldunuz...
- Əlbəttə, bu zaman asan olmur. Hər baş məşqçi gələndə, hər şeyə əvvəldən başlamaq lazım gəlir. Ona, məşq prosesinə, taktikasına uyğunlaşmaq üçün vaxt gərəkdir. Yaxşı olardı ki, 1 baş məşqçi 1 heyətlə 2-3 il birgə işləsin. Onda yaxşı nəticəni gözləmək olar.
- Hazırkı serbiyalı baş məşqçiniz Bojidar Bandoviçi necə xarakterizə edərdiniz?
- Fikrimcə, onun yaxşı taktikası var. Komanda topu özündə çox saxlamağa çalışır ki, bu, yaxşıdır. Bunun nəticəsində oyun üslubumuz görünür. Ancaq hücumçu problemi özünü göstərdi. “Bakı”da belə bir şey olmamışdı ki, 1 hücumçunun zədə ilə bağlı problemi olmasın. Sonda yalnız Maris Verpakovski qalmışdı, vəssalam. Düzdür, bizdə gənc hücumçu var – Nurlan Novruzov. Ancaq gəncdir və hər şeyi onun üzərinə atıb, oyunun taleyini təkbaşına həll edəcəyini gözləyə bilməzsən. Gərək irəlidə Nurlanın yanında təcrübəli hücumçu olsun. Vəziyyətin belə alınmağı üzücüdür. Çox matçlarda isə oyuna diqtə etsək, qol vəziyyətləri yaratsaq da, bəxtimiz gətirmirdi.
- “Bakı”ya gələn digər futbolçu – Kamran Ağayev də sizə yaxşı tanışdır. 2010-cu ildə Azərbaycan kubokunu qazandığınız zamanı finalda onun qapısına gözəl qol vurmuşdunuz...
- Mən hamı kimi bu transferinə yaxşı baxıram. Kamran təcrübəli qapıçıdır. Deməli, komandamızda “çərçivə” planında vəziyyət daha yaxşı olacaq. Ancaq düşünürəm ki, qapıçımız Edin Nurəddinosvki bu 6 ayda çox yaxşı dayanıb. Deməli, əsas heyətə düşmək uğrunda mübarizə olacaq. Mən həmişə demişəm ki, kim daha yaxşıdırsa, qoy o da oynasın.
- Siz vaxtilə prinsipial rəqiblər, indi isə komanda yoldaşısınız...
- Bu, futboldur, heç bir futbolçuya qarşı çıxmıram. Mən oynayanda, komandam, özüm üçün oynayıram. Əlbəttə, meydanda rəqib kimi prinsipiallıq var. Ancaq kiməsə qarşı şəxsi prinsipiallığım yoxdur. Meydanda biz rəqib, ondan kənarda isə ən yaxşı dostlar ola bilərik. “Bakı”ya fayda verməyə gələn hər bir futbolçunu ikiəlli qəbul edə bilərəm. Sadəcə, Ağayev uzun müddət oynamadığından, formasını qaytarmaq üçün ona vaxt lazımdır. Kamranın özünə komanda tapmağı Azərbaycan yığması üçün vacib idi.
- “Bakı”nın heyətində 2 dəfə kubok, çempionatımızın medalını qazansanız da, hələ çempion ola bilməmisiniz. Sizcə, yenə kuboku götürüb, mövsümü titulla başa vura bilərsiniz?
- Bir dəfə - 2010-cu ildə çempionluğa çox yaxın olmuşam. Onda çempion olan “İnter”dən 1 xal geridə qaldıq.
- Yeri gəlmişkən, həmin mövsüm son turda “Xəzər Lənkəran”a səfərdə 1:0 hesabı ilə qalib gəldiyiniz oyunda qolu siz vurmuşdunuz...
- Bəli. Onda kuboku götürə bildik və bu, mənim Azərbaycanda ilk titulum idi. “Bakı” kuboku qazana bildiyimi, çempionluğa oynadığını göstərib. Ancaq mən “altılığ”a düşmək şansımızın üstündən xətt çəkmirəm. Fikrimcə, “Bakı” bunun üçün sona kimi mübarizə aparacaq. Sonda istəyimizə çatacağıma inanıram. Mən 1 faiz də olsa düşünmürəm ki, biz “altılıq”dan kənarda qalacağıq.
- Sizcə, “Bakı” indiki vəziyyətdə bu çətin vəzifənin öhdəsindən gəlmək gücündədir...
- Bəli. Əlbəttə, “Bakı”sız “altılıq” maraqsız olardı. Baxın, derbi oyunlarda hamısında yaxşı təsir bağışlamışıq. Güclü rəqiblər oyunlar “Bakı” üçün yaxşı motivasiya olub. Komanda üçün zəif rəqiblərlə oyunlarda xal itkisi problem olub. İndi bunu aradan qaldırmalıyıq. Təqvim bizim üçün yaxşıdır, 5 oyundan 3-nü evdə keçirəcəyik və münasib rəqiblərlə oyunlarda maksimum xal qazanmalıyıq. Ümid edirəm ki, yenə medallar, kubok uğrunda mübarizə aparacağıq. Bunun üçün qələbələri sıralamaq lazımdır. İnşallah, “Bakı” üçün sonda hər şey yaxşı olar.
Mehman SÜLEYMANOV
ANTALYA

0
0