“Qəbələ”də daha bir rumıniyalı
25.01.2013 - 21:57
Antalyada hazırlıq keçən “Qəbələ”nin düşərgəsinə daha bir futbolçu baxışa gəlib. Apasport.az saytının Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu, rumıniyalı yarımmüdafiəçi Vasile Georgedir.
27 yaşlı futbolçu Kluj “Universitatya”sından gəlib. Breyla “Petrolul”u və “Unirya”da futbolun sirlərinə yiyələnən George “Dunerya”, Ployeşti “Astra”sı və “Mioveni”də çıxış edib. O, bəyənilsə, ilk dəfə ölkəmizdə legioner həyatı yaşamış olacaq.
Qeyd edək ki, George bu gün keçirilən “Qəbələ” – “Volın” oyununda ilk dəqiqələrdən meydanda olub. Futbolçu dayaq yarımmüdafiəçisi qismində çıxış edib və ikinci hissədə Aleksandr Çertoqanovla əvəzlənib.
Səbuhi TOFİQOĞLU
ANTALYA

0
0