Avro-2020 13 şəhərdə keçiriləcək
25.01.2013 - 22:06
Avro-2020 13 şəhərdə keçiriləcək
Futbol üzrə Avro-2020-inin neçə şəhərdə keçiriləcəyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qitə birinciliyi 13 şəhərdə baş tutacaq.

Bu qərar İsveçrənin Nyon şəhərində UEFA-nın İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

Belə ki, final mərhələsinin bütün tək oyunları 13 səbətə bölünəcək. Onlardan 12-sində qrup mərhələsinin və pley-off-un (1/8 və ya 1/4) qarşılaşmaları keçiriləcək. On üçüncü səbətdəki isə yarımfinal və finaldan ibarət olacaq. Bir ölkənin daxilində bütün görüşlər bir stadionda reallaşacaq. Həmçinin hər iki yarımfinal və final da. Hər assosiasiya iki sifariş verə biləcək. Biri standart paketlərə, biri də yarımfinal və finala. Ayrı assosiasiyalar bir və ya iki şəhər sifarişləri təqdim edə bilərlər.

Stadionların minimal tutumu belə olmalıdır: 70 000 yarımfinallar və final üçün, 60 000 1/4, 1/8 finallar üçün və 50 000 qrup mərhələsinin matçları üçün.

Qeyd edək ki, AFFA-da Avro-2020-nın Bakıda keçirilməsi üçün namizədliyini irəli sürmüşdür.