Avro-2016 10 şəhərdə baş tutacaq
25.01.2013 - 23:09
Avro-2016 10 şəhərdə baş tutacaq
UEFA Avro-2016-ının hansı şəhərdə keçiriləcəyi siyahını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Fransada reallaşacaq qitə birinciliyində sözügedən ölkənin futbol federasiyası on şəhərin siyahısını UEFA-ya təqdim edib.

Bu şəhərlər İsveçrənin Nyon şəhərində keçirilən UEFA-ın İcraiyyə Komitəsinin iclasında təsdiq edilib.

Avro-2016-ın matçları bu şəhərlərdə baş tutacaq: Bordo, Lans, Lill, Lion, Marsel, Nitsa, Paris, Sen-Deni, Sent-Etyen və Tuluza.

Qeyd edək ki, püşk atma üçün səbətlər DÇ-2014-ün seçmə mərhələsi başa çatandan sonra müəyyənləşəcək.