Orsuliç rəsmən “Xəzər Lənkəran”da!
25.01.2013 - 23:25
Orsuliç rəsmən “Xəzər Lənkəran”da!
Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” heyətinə daha bir futbolçu cəlb edib. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi xorvatiyalı Marin Orsuliçlə bu gün 2 illik müqavilə imzalayıb.

Orsuliç "Xəzər Lənkəran"da dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edəcək.

Qeyd edək ki, 25 yaşlı Marinin son oynadığı klub “NK Zaqreb” klubu olub. O, bu komandanın şərəfini 2005-ci ildən qoruyub.