Araz Abdullayev: Məqsədimiz çempionluqdur
25.01.2013 - 23:44
Araz Abdullayev: Məqsədimiz çempionluqdur
“Fikrimcə hazırlığın ilk mərhələsi uğurlu alındı”. Apasport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Araz Abdullayev deyib.

Antalya hazırlığını davam etdirən “ağ-qaralar”ın yarımmüdafiəçisi komandasının uğurlu çıxışını klubun rəsmi saytına danışıb: “Məşqlərdə səylə çalışdıq və yoxlama oyunlarında bunun faydasını gördük. Qələbə qazanmaqla yanaşı, hər üç görüşdə rəqiblərimizdən daha baxımlı oyun göstərdik. Sabahdan hazırlığın ikinci mərhələsinə başlayırıq. Məqsədimiz çempionluqdur və bunun üçün dayanmadan çalışmalıyıq”.