Viktor Mendi təkzib edir: “Bucaspor”dan təklif almağım yalandır
26.01.2013 - 00:10
Viktor Mendi təkzib edir: “Bucaspor”dan təklif almağım yalandır
“Bucaspor”da 1 il çıxış etmişəm. Bu komanda mənim ürəyimdə taxt qurub. Çünki orda 1 il ərzində yaxşı günlərim olub”. Bunu apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına “Qəbələ”nin futbolçusu Viktor Mendi deyib.

Yaxınlarda Türkiyə mətbuatı “Bucaspor”un yenidən sabiq futbolçusu Viktor Mendini heyətinə qatacağını bildirmişdi. Belə ki, 2010/11 mövsümündə İzmir klubu Türkiyə Superliqasında çıxış etdiyi vaxt Mendi də bu komandanın sıralarında olub.

Ancaq Mendi türkiyəli həmkarlarımızın bu xəbərinin yanlış olduğunu deyir: “Bu, düzgün və həqiqəti əks etdirməyən məlumatdır. Belə olsaydı, “Bucaspor”dan kimsə mənimlə əlaqə saxlamış olardı. Hazırda mən özümü “Qəbələ”də xoşbəxt hiss edirəm”.

Səbuhi TOFİQOĞLU
ANTALYA