Azərbaycanla Ermənistan milliləri eyni qrupda çıxış etməyəcək
26.01.2013 - 00:21
UEFA Avro-2016-nın seçmə mərhələsində püşk atma zamanı səbətlərdə dəyişikliyin edilməsi ilə bağlı bir neçə qərar qəbul edib. Apasport.az saytının məlumatına görə, Fransada keçiriləcək qitə birinciliyində Azərbaycan milli komandası siyasi səbəblərlə əlaqədar olaraq Ermənistan yığması ilə eyni qrupda mübarizə aparmayacaq.
Bu qərar İsveçrənin Nyon şəhərində baş tutan UEFA-ın İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Həmçinin bura Azərbaycan və Ermənistanla yanaşı Rusiya ilə Gürcüstan yığmaları da daxildir.
Qeyd edək ki, Avro-2008-də Azərbaycanla Ermənistan milliləri eyni qrupda çıxış edirdilər. Həmin görüşdə hər iki komanda bir-birinə qarşı oynamaqdan imtina etmişdir.

0
0