“İkinci mərhələdə əsasən taktiki çalışmalarımız olacaq”
26.01.2013 - 01:49
Antalyada təlim-məşq toplantısında olan “Neftçi”nin futbolçusu Julius Vobay hazırlıq barədə fikirlərini bildirib. Apasport.az-ın məlumatına görə, yarımmüdafiəçi klubun saytına müsahibə verib.
Vobay ikinci mərhələdə “ağ-qaralar”ın əsasən taktiki çalışmaları olacağını vurğulayıb:
“Düşərgəmizdə əla abu-hava var. Fiziki yükləmələrdən sonra iki gün yaxşı dincəlmək imkanımız oldu. İkinci mərhələdə əsasən taktiki çalışmalarımız olacaq və bundan sonra komanda şəklində daha güclü oyun nümayiş etdirəcəyik. Bilirik ki, çempionatda çıxışımız buradakı hazırlığımızdan asılıdır. Biz çempion komandayıq və azarkeşlərimiz bu mövsüm də bizim simamızda çempiona layiq oyun və nəticə görəcək”.

0
0