“Xəzər Lənkəran” Rumıniya klubu ilə qarşılaşacaq
26.01.2013 - 02:44
Antalyada təlim-məşq toplantısında olan “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi yanvarın 25-də saat 17:00-da axşam məşqinə çıxıb.
Əsasən müxtəlif taktiki düzülüşlərdə toplu çalışmalardan ibarət olan hazırlıq prosesi sonda ikitərəfli oyunla yekunlaşıb.
Qeyd edək ki, yanvarın 26-da düşərgəyə yeni futbolçuların qatılacağı gözlənilir. Bu gün “Xəzər Lənkəran” Rumıniyanın “Timaşora” klubu ilə yoxlama oyunu da keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Hazırda “Timaşora” Rumıniya çempionatının 2-ci liqasında mübarizə aparır. Komanda 12 oyundan 26 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Timaşora şəhərinin eyni adlı klubunu Valentin Velsea çalışdırır.

0
0