Kandelaki Gürcüstan millisinə dəvət edildi
26.01.2013 - 02:50
Kandelaki Gürcüstan millisinə dəvət edildi
Gürcüstan milli komandasının baş məşqçisi Temuri Ketsbaya fevralın 6-da Albaniya millisi ilə keçiriləcək yoldaşlıq matçında meydana çıxacaq futbolçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, həmin siyahıda “İnter”in müdafiəçisi İlia Kandelakinin də adı var.

Futbolçu milliyə son 32 ay ərzində ilk dəfə dəvət olunub.

Qeyd edək ki, Gürcüstan yığmasının heyətində 14 matç keçirən İlia Kandelaki 2008-ci il Avropa çempionatının, 2010-cu il Dünya çempionatının seçmə mərhələsində də çıxış edib.