Burkina-Faso qələbə qazandı, Nigeriya yenə xal itirdi
26.01.2013 - 03:18
Afrika Millətlər Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, CAR-da təşkil edilən qitə birinciliyinin yeddinci oyun günündə C qrupu çərçivəsində növbəti iki görüş baş tutub.
Zambiya milli komandası Nigeriya yığması ilə qarşılaşıb. Fasiləyə qədər hesabı aça bilməyən tərəflər, ikinci yarıda hərəyə bir dəfə fərqlənərək meydandan 1:1 hesablı sülhlə ayrılıb.
Günün digər oyununda isə Burkina-Faso millisi ilə Efiopiya üz-üzə gəlib. Bu görüşdə isə birincilər rəqibini darmadağın edib – 4:0.
Bu matçlardan sonra xalını 4-ə yüksəldən Burkina-Faso C qrupunun vahid lideri olub. 2 xala malik olan Nigeriya ilə Zambiya 2-3-cü yerlərdə qərarlaşıb. Sonuncu pillənin sahibi isə aktivində 1 xal olan Efiopiyadır.
Qeyd edək ki, Afrika Millətlər Kubokunun səkkizinci oyun günündə D qrupu çərçivəsində Fil Dişi Sahili yığması Tunislə, Əlcəzair isə Toqo ilə qarşılaşacaq.
Afrika Millətlər Kuboku
C qrupu
25 yanvar
Zambiya – Nigeriya – 1:1
Mvene, 85-pen – Emenike, 57
Burkina-Faso – Efiopiya – 4:0
Traore, 34; 74, Kone, 79, Pitroipa, 90

0
0