Antalyada 6 oyun
26.01.2013 - 03:43
Antalyada 6 oyun
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən Azərbaycan hakimlərinin növbəti təyinatları məlum olub. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu gün həmyerlilərimiz daha 6 qarşılaşmada ədaləti qoruyacaq.
FİFA referimiz Anar Salmanovun meydana çıxmadığı gündə sabiq beynəlxalq dərəcəli hakim Fariz Yusifov "Partizan" (Serbiya) - "Sürix" (İsveçrə) matçında fit çalacaq. Rauf Cabbarov "Osiyek" (Xorvatiya) - "Ronanq Stellas" (Cənubi Koreya), Orxan Məmmədov "Rad" (Sloveniya) - "Horizon" (Bosniya və Herseqovina), Ömər Paşayev "Zaltsburq" (Avstriya) - "AK Berlin" (Almaniya), Namiq Bəkirov "Petrolul" (Rumıniya) - "Slovan" (Sloveniya) matçında ədaləti qoruyacaq. Xəlil Hüseynli isə təmsilçimiz “Qəbələ”nin "Dinamo" (Moskva) ilə görüşünün baş hakimi olacaq.
Qeyd edək ki, hakimlərimizin daha bir neçə matçda meydana çıxması da istisna deyil.