"Kasımpaşa" 3 xalı 3 qolla əldə etdi
26.01.2013 - 04:05
"Kasımpaşa" 3 xalı 3 qolla əldə etdi
Türkiyə Superliqasında 19-ci turunun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk matç günündə bir qarşılaşma baş tutub.

"Kasımpaşa" səfərdə "Karabükspor"la münasibətlərinə aydınlıq gətirib. Turnir cədvəlinin qonşu pillələrində qərarlaşan komandaların duelində sevinən tərəf qonalar olub. Meydan sahiblərini 3 cavabsız qolla məğlub edən "Kasımpaşa" xalını 29-a çıxararaq, 4-cü pilləyə yüksəlib.

Qeyd edək ki, Türkiyə Superliqasının 19-ci turuna yanvarın 28-də yekun vurulacaq.

Türkiyə Superliqası

19-cu tur

25 yanvar

"Karabükspor" - "Kasımpaşa" - 0:3
Viudez, 22, Çolak, 45, Uçe, 73

26 yanvar

"İstanbul BB" - "Bursaspor"
"Gənclərbirliyi" - "Akhisar Bələdiyyəspor"
"Qaziantepspor" - "Fənərbaxça"

27 yanvar

"Kayserispor" - "Antalyaspor"
"Elazığspor" - "Trabzonspor"
"Mersin İdmanyurdu" - "Sivasspor"
"Qalatasaray" - "Beşiktaş"

28 yanvar

"Əskişəhərspor" - "Orduspor"