“Qəbələ” “Dinamo” və “Sent-Qallen”ə qarşı oynayacaq
26.01.2013 - 09:00
Əsas komanda kimi Antalyada hazırlıqlarını davam etdirən “Qəbələ”nin əvəzedicilərinin rəqibləri dəyişib. Apasport.az saytının Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, “Qəbələ” Moskvanın “Spartak” və “Lokomotiv” komandaları ilə gücünü sınamayacaq.
Əvəzində isə rəqiblər Rusiyanın paytaxtını təmsil edən bir başqa komanda – “Dinamo” və İsveçrənin “Sent-Qallen” klubları “Qəbələ”yə rəqib olacaq. Komanda artıq bu gün yerli vaxtla saat 11:00-da “Dinamo”nu sınağa çəkəcək.
Qeyd edək ki, “Qəbələ” ilk yoxlama oyununda “Zenit”in əvəzedici komandasına 0:2 hesabı ilə uduzmuşdu.
Səbuhi TOFİQOĞLU
ANTALYA

0
0