“Lion”dan inamlı qələbə
26.01.2013 - 05:35
“Lion”dan inamlı qələbə
Fransa çempionatında 22-ci turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, turun açılış oyun günündə bir qarşılaşma baş tutub.

Çempionatın hazırkı lideri “Lion” səfərdə “Valensyen”lə üz-üzə gəlib. Matça yaxşı başlayan qonaqlar istəyinə ilk hissədə nail olub. Fasiləyə qədər rəqibini iki dəfə mərkəzdən başlamağa məcbur edən “Lion”, ikinci yarıda da bu üstünlüyünü qorumağı bacarıb.

Qeyd edək ki, Fransa çempionatının 22-ci turunun digər oyunları bu gün və sabah keçiriləcək.


Fransa çempionatı

22-ci tur

25 yanvar

“Valensyen” – “Lion” - 0:2
Fofana, 8, Qomis, 28

26 yanvar

“Renn” – “Marsel”
“Evyan” – “Ayaçço”
“Monpelye” – “Soşo”
“Nansi” – “Loryan”
“Reyms” – “Tuluza”
“Troye” – “Brest”

27 yanvar

“Sent-Etyen” – “Bastiya”
“Nitsa” – “Bordo”
PSJ – “Lill”