Çertoqanov qayıtdı, Nəzirov zədələndi
26.01.2013 - 09:30
“Qəbələ” zədə sindromundan qurtula bilmir. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, “Volın”la yoxlama oyununda qapıda duran Anar Nəzirov sağ əlindən zədə alıb.
Onun zədəsinin ciddiliyinə bu gün aydınlıq gələcək. Əvəzində isə “İnqolştadt 04”lə ilk yoxlama oyununda zədə üzündən çıxış etməyən Aleksandr Çertoqanovun durumu qaydasındadır. Milliləşdirilmiş ukraynalı yarımmüdafiəçi “Volın”la oyunun ikinci hissəsində meydana daxil olub.
Qeyd edək ki, hazırda Dodo və Lorival Assisin də zədələri var. Digər qapıçı Elnar Kərimovla Rövşən Əmiraslanovun isə səhhətində problem mövcuddur.
Səbuhi TOFİQOĞLU
ANTALYA

0
0