Anelka yenidən Avropaya qayıtdı
26.01.2013 - 06:58
Anelka yenidən Avropaya qayıtdı
İtaliya"Yuventus"u fransalı hücumçu Nikola Anelkanı transfer edib. Apasport.az saytının məlumatına görə, futbolçu “Qoca Sinyora” ilə 6 aylıq müqavilə imzalayıb.

Müqavilənin şərtlərinə əsasən Turin klubunun rəhbərliyi Anelkanın oyunundan razı qalarsa, onun müqaviləsi 1 il daha uzadılacaq. Həmçinin futbolçunun maaşına 600 min avro əlavə ediləcək. Nikolanın hazırkı maaşı haqqında isə heç bir açıqlama və ya məlumat verilməyib.

Qeyd edək ki, Anelka 2012-ci ildə “Çelsi”dən Çinin “Şanxay Şenhua" klubuna keçib. O, burada 22 oyunda meydana çıxıb və 3 qola imza atıb.