“Qalatasaray”ın sabiq futbolçusu “Atletiko”da
26.01.2013 - 07:32
“Qalatasaray”ın sabiq futbolçusu “Atletiko”da
Madrid “Atletiko”su “Qalatasaray”ın sabiq müdafiəçisi ilə anlaşıb. Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin heyətində çıxış edən Arda Turan və Əmrə Bəlözoğlunun komandası “Sportinq”dən Emiliano İnsuanı transfer edib.

Madrid klubu argentinalı futbolçu ilə 3.5 illik ilkin razılığa gəlib. 24 yaşılı oyunçu bazar ertəsi tibbi müayinədən keçdikdən sonra isə “Atletiko” ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, İnsua 2011-ci ildə “Qalatasaray”dan “Sportinq”ə keçib. O, Portuqaliya təmsilçisində 37 matçda meydana çıxıb.