“Xəzər Lənkəran” yenə uduzdu
26.01.2013 - 21:00
“Xəzər Lənkəran” yenə uduzdu
Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün üçüncü yoxlama oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, "ağ-yaşıllar" bu dəfə Rumıniyanın “Timaşora” klubu ilə qarşılaşıb.

Cənub təmsilçisi meydana bu heyətlə çıxıb: Orxan Sadıxlı, Manuel Skarlatake, Elnur Allahverdiyev, Skarduelli Vanderson, Alviz Roberto, Adrian Pit, Rahid Əmirquliyev, Kamran Abdullazadə, Elnur Abdullayev, Uğur Pamuk, Gökhan Güləç.

Baş məşqçi Karles Bakes sərəncamında olan digər futbolçuları da oyun boyu meydana buraxaraq, komandanı müxtəlif taktiki yoxlayıb. Hətta komandanın düşərgəsinə yenicə qoşulan xorvatiyalı qapıçı Filip Lonçariç də ikinci hissədə meydana çıxıb.

Bakı vaxtı ilə saat 19:00-da start götürən oyun rumınların qələbəsi ilə yekunlaşıb - 2:0.

Qeyd edək ki, “Xəzər Lənkəran” ilk görüşündə Qazaxıstan “Jetusu”su ilə heç-heçə oynayıb (1:1), ardınca Ukrayna “Krivbass”ına uduzub (0:6).