AZAL-ın oyunu yarımçıq qaldı - YENİLƏNİB
26.01.2013 - 22:57
Türkiyədə hazırlığını davam etdirən AZAL bu gün növbəti yoxlama oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, “Volın”a (Ukrayna) 1:3 hesabı ilə uduzub, “Dalyan”la (Çin) heç-heçə edən Vaqif Sadıqovun yetirmələri üçüncü görüşdə Bolqarıstanın “Eter” komandası ilə güclərini yoxlayıb.
Matça “təyyarəçilər” yaxşı başlayıb. Artıq görüşün 10-cu dəqiqəsində AZAL hesabı açıb. Lakin oyun sona qədər davam etməyib. Buna isə hava şəraitinin əlverişsiz olması səbəb olub. Qarşılaşma 24-cü dəqiqədə dayandırılıb.
Qeyd edək ki, “Eter” bundan öncə “Bakı” ilə münasibətlərinə aydınlıq gətirib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
AZAL (AZƏRBAYCAN) – “ETER” (BOLQARISTAN) - 1:0
Həsənov, 10

0
0