“Lokomotiv”in sabiq futbolçusu: Abışov “Rubin”də yaxşı oynaya bilər
26.01.2013 - 12:06
“Ruslanı “Rubin”ə dəvət ediblərsə, deməli, onun yaxşı oynayacağına və komandaya kömək edə biləcəyinə ümid edirlər”. Bu sözləri apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında “Bakı”nın legioneri Deyvidas Çesnauskis deyib.
32 yaşlı litvalı yarımmüdafiəçi 4 il Rusiya Premyer Liqasının iştirakçısı olaraq, Moskvanın “Dinamo” və “Lokomotiv” klublarında oynayıb. Millimizin və “Xəzər Lənkəran”ın aparıcı futbolçusu Ruslan Abışov da bu çempionatda çıxış etmək imkanına malikdir ki, bu, düşərgəsində olduğu “Rubin”lə rəsmi müqavilə imzalayacağı zamanı gerçəkləşəcək.
Rusiya Premyer Liqası təcrübəsi olan Deyvidas Ruslanla bağlı nikbindir: “Əlbəttə, Abışov orada özünü yaxşı göstərə bilər. O, yaxşı futbolçudur. Azərbaycanlı futbolçulardan kimsə xaricə yaxşı kluba getsəydi, mən buna sevinərdim. Niyə də yox? Bizdə Litvada da bütün futbolçular xaricə getməyi arzulayır. Çünki çempionatımızda komandalar, oyunlar azdır və daha yüksək səviyyədə özlərini sınamaq istəyirlər”.
Qeyd edək ki, Çesnauskis 2004-cü ildə “Lokomotiv”in heyətində Rusiya çempionu olub.
Mehman SÜLEYMANOV
ANTALYA

0
0