Ruslan Abışov yığmadan kənarlaşdırıldı
26.01.2013 - 12:13
Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, yığmamızın yanvarın 29-dan fevralın 1-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcəyi təlim-məşq toplanışı üçün açıqlanmış heyətindən bir futbolçu çıxarılıb.
Belə ki, az öncə Cavid İmamverdiyevlə Cihan Özkaranı komandaya çağıran Berti Foqts Ruslan Abışovun köməyindən istifadə edə bilməyəcək. Bu, “Rubin”ə transfer olunacağı gözlənilən müdafiəçinin cərrahiyə əməliyyatı olunacağı ilə bağlıdır. Həmin səbəb görə isə Abışov qeyd olunmuş toplanışda iştirak etməyəcək.
Mənbə: affa.az

0
0