İlin ilk reytinq cədvəlində 2 pillə irəlilədik
26.01.2013 - 14:51
İlin ilk reytinq cədvəlində 2 pillə irəlilədik
Beynəlxalq Voleybol Federasiyası (FİVB) 2013-cü ilin ilk reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahı Azərbaycan yığmaları üçün uğurlu olub.

Belə ki, Faiq Qarayevin rəhbərlik etdiyi qadınlardan ibarət millimiz 2 pillə irəliləyərək, 35-ci pilləyə şərik olub. İndi hesabında 18 xalı komandamız Tunis və Rumıniya ilə birgə 35-37-ci yerləri bölür.

Siyahıya isə Olimpiya ABŞ (330) başçılıq edir. İkinci yerdə Braziliya (315), üçüncü pillədə Yaponiya (266) qərarlaşıb. Avro-2013-də rəqibimiz olacaq Rusiya 160 xalla yenə 6-cıdır. Onlardan fərqli, Xorvatiya yığmamız kimi 2 rəqibini arxada qoyaraq, mövqeyini yaxşılaşdırıb. Hesabında 22 xalı olan xorvatlar hazırda 31-ci yerdədir.

2 ildir beynəlxalq yarışlara qatılmayan kişilərdən ibarət Azərbaycan yığması irəliləyib. 1 pillə qabağa gedən komandamız 92-103-cü yerlərə şərikdir. Onların hesabında 6 xalı var.

Bu siyahıya da ilk “üçlük”də dəyişiklik olmayıb. Reytinq cədvəlinə Braziliya (325) başçılıq edir. Rusiya (292) ikinci, İtaliya (253) isə üçüncü yeri tutub.