“Bakı” – “Osiek” oyununun vaxtı dəqiqləşdi
26.01.2013 - 15:02
“Bakı”nın Türkiyədəki hazırlıq prosesində növbəti yoxlama oyununun vaxtı dəqiqləşib. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, “zolaqlılar”ın Xorvatiyanın “Osiek” klubu ilə sabahkı oyunu yerli vaxtla saat 15:00-da (Bakı vaxtilə saat 17:00-da) başlayacaq.
Ancaq bu, bakılıların qardaş ölkədə son sınaq matçı olmaya bilər. Məsələ ondadır ki, baş məşqçi Bojidar Bandoviçin sərəncamında 30-da çox futbolçu, xeyli baxışa gələn oyunçu olduğundan, yanvarın 24-də olduğu kimi ardıcıl 2 matç keçirmək istəyir. Bunun üçün “Bakı” daha bir rəqib axtarır.
Qeyd edək ki, “Osiek” ölkə çempionatında 18 turdan sonra 23 xalla 7-ci yerdədir.
Mehman SÜLEYMANOV
ANTALYA

0
0