“Xəzər Lənkəran” üçün 2 futbolçu
26.01.2013 - 15:15
“Xəzər Lənkəran” üçün 2 futbolçu
Türkiyədə təlim-məşq toplanışında olan “Xəzər Lənkəran”ın düşərgəsinə bu gün 2 futbolçu gəlib. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, cənub təmsilçisinin yeni transferi xorvatiyalı Marin Orsuliç artıq klubun sərəncamındadır.

Onunla yanaşı, “ağ-yaşıllar”ın Qazaxıstan “Jetisu” ilə yoxlama görüşündə meydana çıxan ispaniyalı Alvaro Silva yenidən komandaya qoşulub. Futbolçuların hər ikisinin bu gün Rumıniya “Timişoara”sı ilə oyunda iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, “Xəzər Lənkəran” - “Timişoara” matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.