Antalyada qolsuz heç-heçə
26.01.2013 - 15:54
Antalyada qolsuz heç-heçə
Antalyada hazırlıqlarını davam etdirən “Qəbələ”nin əvəzediciləri bu gün növbəti yoxlama oyununa çıxıblar. Apasport.az saytının məlumatına görə, təmsilçimizin rəqibi Rusiya “Dinamo”sunun ikinci komandası olub. Görüşdə hesab açılmayıb və qarşılaşma başladığı hesabla da sona çatıb – 0:0.

Qeyd edək ki, “Qəbələ” ilk yoxlama oyununda “Zenit”in əvəzedici komandasına 0:2 hesabı ilə uduzmuşdu.