“Bakı”ya baxışa gələnlə Elvin Məmmədovu birləşdirən məqam
26.01.2013 - 17:56
“Bakı”nın kapitanı Elvin Məmmədovun yeni baxışa gələn legioner Krste Velkoski ilə yolları kəsişib. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, millimizin yarımmüdafiəçisi ilə makedoniyalı hücumçu vaxtilə başqa komandaların heyətində rəqib olublar.
Bu, 2008-ci ildə Çempionlar Liqasının I təsnifat mərhələsində “İnter” - “Rabotniçki” matçında olub. Onda Elvin Bakı, Krste Skopye klubunun şərəfini qoruyub. Paytaxtımızda keçirilən ilk matçda hesab açılmayıb. Skopyedə keçirilən cavab oyunu isə 1:1 hesabı ilə nətcələninb və komandamız rəqib meydanında vurduğu qolla tarixində ilk dəfə mərhələ adlayıb.
Özü də həmyaşıdlar – 25 yaşları olan Məmmədovla Velkoski təkrar oyunda fərqləniblər. Belə ki, makedoniyalı 2-ci hissə başlayan kimi hesabı aşmağa müvəffəq olub. O, 46-cı dəqiqədə komanda yoldaşından ötürməni qəbul edərək, müdafiəçilərimizi və qapıçımızı qabaqlayaraq, topu tora göndərib. “İnter”ə sonda qələbəyə bərabər heç-heçəni gətirən qolda Elvin iştirak edib. Onun meydana yenicə daxil olmasından sonra – 75-ci dəqiqədə rəqib qapısına qol vurulub. Məmmədov sol cinahdan rəqibini aldadadaq, çexiyalı komanda yoldaşı Bronislav Çervenkaya əlverişli ötürmə verir və sonuncu da topu birbaşa qapıya göndərib. Maraqlıdır ki, bu, “İnter”in tarixində avrokuboklarda ilk qolu olub.
Krste bundan sonra “Rabotniçki”dən gedərək, 2011-ci ildə ora qayıdıb. Hücumçu bu ilə kimi uğurları üçün çalışdığı komandada kapitan sarğısını daşıyıb. Elvin də makedoniyalı kimi 2009-cu ildə komandasını dəyişərək, “Qarabağ”a keçib. O, keçən yaydan “Bakı”da çıxış edərək, Cəmşid Məhərrəmov kənarlaşdırılandan sonra komandanın kapitanı olub.
Mehman SÜLEYMANOV
ANTALYA

0
0