İranlı futbolçu azərbaycanlıları təhqir edib - FOTO
26.01.2013 - 17:51
İranlı futbolçu azərbaycanlıları təhqir edib - FOTO
İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərində yerli “Traktorsazi” komandası ilə İsfahanın “Zobahan” futbol komandalarının oyunu keçirilib. APA-nın məlumatına görə, matç zamanı “Zobahan” komandasının oyunçusu Möhsün Müsəlman qol vurduqdan sonra üzünü stadiondakı 40 min nəfərlik “Traktorsazi” azarkeşlərinə tutaraq əl hərəkəti ilə onları təhqir edib. O, əllərini qulaqlarına apararaq, uzunqulağı təsvir edib.

Yanvarın 24-də keçirilən oyundan sonra “Zobahan” komandasının məşqçisi M. Müsəlmanın bu hərəkətindən narahat olduğunu və oyunçunun 20 milyon tümən miqdarında cərimələndiyini açıqlayıb.