Karles Bakes: Müdafiədə çatışmazlıqlar var
26.01.2013 - 22:01
"Xəzər Lənkəran"ın baş məşqçisi Karles Bakes Rumıniyanın "Timaşora" klubu ilə oyundan sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, ispaniyalı çalışdırıcı 0:2 hesablı məğlubiyyətə belə şərh verib: "Ötən oyunla müqayisədə bu dəfə daha yaxşı çıxış etdik. Görünür, qapıçı və hücumçu çatışmazlığı hələ də özü sözünü deyir, yaratdığımız çoxlu qol vəziyyətlərində də istifadə edə bilmədik. Müdafiədə hələ də çatışmazlıqlar var. Rahid Əmirquliyevi məcburiyyətdən müdafiədə oynadırıq. Xorvatiyalı qapıçı ilə bağlı qərar verməyə hələ tələsmirik. Onu hələ yoxlamaqda davam edəcəyik".
0
0