“Xəzər Lənkəran”a ödəyəcəyimiz pul 1 illik büdcəmizə uyğun deyildi”
26.01.2013 - 22:03
“Kamran Ağayevlə Rauf Əliyevi “Qəbələ”də görmək istəyirdik. İstər baş məşqçimiz, istərsə də klub rəhbərliyi hər iki oyunçunu almaqda maraqlı idi. Çünki səviyyəli futbolçulardır”. Bunu apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.
“Qəbələ”nin Türkiyədəki toplanışını izləmək üçün Antalyaya gələn Nəcəfov milli komandamızın üzvlərinin transferinin baş tutmamasının səbəblərini izah edib: “Daha çox Kamranla danışıqlar aparırdıq. Onunla da anlaşmamağımızın səbəbi müqavilə məsələsi ilə bağlı oldu. O, 1 illik, biz isə 2 illik müqavilə bağlanmasını istəyirdik. Çünki “Xəzər Lənkəran”a ödəyəcəyimiz pul 1 illik büdcəmizə uyğun deyildi. Bunu yalnız 2 il ərzində ödəyə bilərdik”.
Səbuhi TOFİQOĞLU
ANTALYA

0
0