“Bakı”nın daha bir rəqibi müəyyənləşdi
26.01.2013 - 22:51
“Bakı” Türkiyədə yanvarın 28-dək davam edəcək təlim-məşq toplanışını 2 yoxlama oyunu ilə başa vuracaq. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, “zolaqlılar” sabah sınaq matçı keçirmək üçün daha bir rəqib tapıb. Bu, Qazaxıstanın aşağı divizion təmsilçisi “Kaspi”dir.
Onunla oyun yerli vaxtla saat 15:15-də (Bakı vaxtilə saat 17:15-də) başlayacaq. Buna görə Xorvatiyanın “Osiek” klubu ilə matç sonraya – yerli vaxtla saat 17:30-da (Bakı vaxtilə saat 19:30-a) salınmalı olub. Baş məşqçi Bojidar Bandoviç sərəncamındakı çoxsaylı futbolçuları, baxışa gələnləri son olaraq yoxlamaq üçün 2 matç keçirilməyini istəyib. O, oyunlarda fərqli heyətləri meydana buraxacaq.
Qeyd edək ki, “Bakı” yanvarın 24-də də 2 oyun keçirərək, Macarıstanın “Uypeşt”inı 0:2 hesabı ilə uduzmuş, Almaniyanın “Berqiş Qladbax” klubuna qalib gəlmişdi – 1:0.
Mehman SÜLEYMANOV
ANTALYA

0
0