Fariz Nəcəfov: Məni təxribata çəkirsiniz...
27.01.2013 - 00:00
“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi
- “Qəbələ”nin əsas komandasının “Volın”la və əvəzedicilərin “Dinamo” ilə oyunlarını canlı izlədiniz. Bu 2 komandanız necə təsir bağışladı?
- Komandanın Mingəçevirdəki toplanışını da izləmişdim. Orda daha çox fiziki məşqlər keçirilirdi. “Volın”la oyuna baxsam da, bir oyunla komanda haqda qəti söz demək olmaz. Burda əsas məqsəd baxışda olan futbolçuları yoxlamaq idi. Ümumilikdə, futbolçular pis təsir bağışlamadı. Əvəzedicilər də yaxşı çıxış etdi. Oyunları xoşuma gəldi.
- Baxışda olanlardan qeyri-adi oyunu ilə yaddaşınızda qalan oldumu?
- Pulhakın adını bu baxımdan çəkə bilərəm. Bildiyiniz kimi, artıq bizim futbolçudur. Onunla İstanbuldan qayıtdıqdan sonra müqavilə bağlanılacaq. Emeqara da ilk baxışdan pis təsir bağışlamadı.
- Qeyd etdiz ki, Mingəçevirdəki toplanışı da izləmisiz. Orda sloveniyalı Luka Jinko da komanda ilə birgə idi. Luka necə təsir bağışladı?
- Sözün açığı, ağıllı futbol oynayır, artıq hərəkətlərə yol vermir. Ancaq Ramiz müəllimlə danışanda, mənə mübariz futbolçu istədiyini bildirmişdi. Yəqin ki, baş məşqçimizlə danışarkən bu gün, ya da sabaha baxışda olanlar haqda bir qərar veriləcək. Komandanı çalışdırıcı formalaşdırır. Əgər o, hücum futbolu oynatmaq istəyirsə, yaradıcı, yox, müdafiə futbolu oynatmaq istəyirsə, dağıdıcı futbolçu almalıdır. Jinko isə dağıdıcı futbolçudur. İndi Ramiz müəllimin bu futbolçu ilə bağlı fikrini öyrənmək qalır.
- Çempionatın həlledici mərhələsinə 4 tur qalıb...
- Məqsəd nə qoyulubsa, onun arxasınca da gedirik. Bu 4 turda biz qarşılaşacağımız rəqiblərdən heyətimizə görə geri qalmırıq.
- Ancaq təqvimə baxanda işiniz daha çətin görünür. Məsələn, “Bakı”nın rəqibləri sizdən daha asandır. “Qəbələ” isə 4 tur ərzində daha çox ilk “altılığ”a namizədlərlə qarşılaşacaq...
- Xal fərqinə baxdıqda, “Bakı” bizdən 8 xal geridədir. Yəni 4 oyunda qalib gəlsələr belə, inanmıram ki, bizə çatalar. Çünki bizdə yerimizdə saymayacağıq. Yenə qeyd etdiyim kimi, qarşılaşacağımız ilk “altılıq” komandalarından heç nədə geri qalmırıq. Üstəlik, “Qarabağ”ı öz evində udmuşuq. AZAL ilə bərabərə qalmışıq. Yəni, şanslarımız yüksəkdir. İnşallah, yaxşı olar.
- Ötən qış komanda Antalyada hazırlıq keçəndə bura gəlməmişdiz. Bu dəfə isə düşərgəyə təşrif buyurduz. Ötən il gələ bilməməyiniz nə ilə bağlı idi?
- Ötən il bura gəlmək planda vardı. Ancaq sonradan başqa ölkəyə getməli oldum. Burda nəsə axtarmaq lazım deyil. Bilirəm, məni təxribata çəkirsiniz (gülür)...
- İlk “altılığ”a vəsiqə qazansanız, komandanın məqsədi yalnız çempionluq, yoxsa avrokuboklara düşmək olacaq?
- Sözsüz ki, məqsəd avrokuboklara vəsiqə qazanmaqdır. Ancaq çempion olmağın nəyi pisdir ki? Möhür kimi Ramiz müəllimin üzərinə çempionluq qoyulub. Ancaq çempion ola bilməyib, ilk “üçlüy”ə düşə bilsək də, yolumuza davam edəcəyik.
- Ancaq avrokuboklara düşsəz, komandanın Qəbələdə oynaya biləcəyi stadionu yoxdur...
- Bu, bizdən asılı olmayan səbəbdir. Bu istiqamətdə Qəbələdə dayanmadan iş gedir. Çünki stadionsuz klub ciddi qəbul olunmur. Uzağı, 2015-ci ilə kimi əsas stadionumuz hazır olacaq. Sözsüz ki, digər klublarda olduğu kimi, hazırda lisenziyalaşdırma zamanı Tofiq Bəhramov adına stadion ev arenamız kimi göstərilib. Yəni avrokuboklara düşsək, rəsmi olaraq bu stationda oynaya biləcəyimiz həllini tapıb.
- “Qəbələ” avrokuboklara düşsə, yayda sizdən “transfer bomba”sı göxləmək olarmı?
- Yox. Belə bir niyyətimiz yoxdur. Sözsüz ki, “bomba” yaxşı şeydir. Ancaq hansısa güclü futbolçunu alıb komandada balansı pozmaq olmaz. Futbolçular maliyyə dəyərinə, aldığı pula görə bir-birindən çox fərqlənməməlidir. Əks halda, düşərgədə narazılıqlar olur. Məsələn, Mendi, Kamanan və Dodo kimi futbolçulara uyğun komandada balans yaratmaq üçün bizdə müdafiəçi, dayaq yarımmüdafiəçisi də olmalıdır. Tərəfdarıyam ki, belə səviyyəli futbolçular gəlsin. Belə olmasa, futbolumuzun səviyyəsi qalxmaz. Bu il “Neftçi” avrokuboklara düşdü. Bunun davamını gətirməliyik. Pulu düşünüb bura gələn “transfer bomba”ları bizə lazım deyil.
- Neçə ildən sonra Akademiyadan olan futbolçularınızdan “ulduz”lar çıxa bilər?
- 15-16 yaşlı futbolçularımızın 80 faizinə “ulduz” gözü ilə baxıram. Onların səviyyəsi Azərbaycan futbolu səviyyəsindən üstündür. 3-4 ilə həmin oyunçuları görəcəksiz.

0
0